Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir
Hadisə
16 May , 2017 10:28
Maral Tahirqızının kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ Əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən müğənni Maral Tahirqızının barəsində olan məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas iyunun 7-nə təyin edilib.

İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsini apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi