Mahnı üstündə tanımadığı şəxsi bıçaqlayan "Azərsu" ASC-nin sabiq sürücüsünə hökm oxunub

Mahnı üstündə tanımadığı şəxsi bıçaqlayan "Azərsu" ASC-nin sabiq sürücüsünə hökm oxunub Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 Oktyabr , 2018 12:36
Mahnı üstündə tanımadığı şəxsi bıçaqlayan Azərsu ASC-nin sabiq sürücüsünə hökm oxunub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib. 

Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi