Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib

Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib Azərbaycan yığmasının və Qarabağ klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Hadisə
133
12 Sentyabr , 2019 12:44
Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Son xəbərlər

Orphus sistemi