Yuxarı

Mahir Emrelinin evindən 60 min manatlıq oğurluq olub

Mahir Emrelinin evindən oğurluq oldu
Mahir Emreli

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

"Report"un əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi