Mahal İsmayıloğlunun oğlu apellyasiya şikayəti verib

Mahal İsmayıloğlunun oğlu apellyasiya şikayəti verib İlkin baxış iclası fevralın 3-nə təyin edilib
Hadisə
1 Fevral , 2016 10:48
Mahal İsmayıloğlunun oğlu apellyasiya şikayəti verib

Bakı. 1 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Tural Mahal oğlu Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək ilkin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Seymur Abbasəli oğlu Yolciyev və Qəhrəman Əhliman oğlu Qulamovdan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan T.Sadıqov apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

T.Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi