Mağazalardan oğurluq edən qardaşlar saxlanıldı

Mağazalardan oğurluq edən qardaşlar saxlanıldı Bakıda mağazalardan oğurluq edilib.
Hadisə
31 Mart , 2020 13:02
Mağazalardan oğurluq edən qardaşlar saxlanıldı

Bakıda mağazalardan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1 455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi