Mağazadan oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxslər saxlanıldı Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin daha bir cinayəti ortaya çıxıb.
Hadisə
106
28 May , 2020 15:05
Mağazadan oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin daha bir cinayəti ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, H.Məmmədovun digər şəxslə birgə Sabunçu rayonu ərazisindəki mağazaların birindən oğurluq etməsi də müəyyən edilib.

Onun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıblar.

Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfovla birgə mayın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat pul, 812 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov da saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi