​Mağazadan oğurluq edən şəxs müşahidə kamerasına düşüb - FOTO

​Mağazadan oğurluq edən şəxs müşahidə kamerasına düşüb - FOTO Sahibkara 4 min manatdan artıq ziyan dəyib
Hadisə
28 Aprel , 2015 17:28
​Mağazadan oğurluq edən şəxs müşahidə kamerasına düşüb - FOTO

Bakı. 28 aprel. REPORT.AZ/ Ötən gecə Yeni Gəncə yaşayış massivində, Əbdül bəy Mehmandarov küçəsində Vüsal Zeynalova məxsus ərzaq mağazasından oğurluq edilib. 

“Report” xəbər verir ki, iki nəfər mağazanın arxasında pəncərədəki dəmir barmaqlıqları sındıraraq içəriyə daxil olub. Dükanda quraşdırılan müşahidə kamerasına həkk olunan oğurluq hadisəsində üzü maskalı şəxs əvvəlcə kassanın yanına gəlir və oradan 200 manat nağd pulu götürür. Daha sonra naməlum şəxs piştaxtalardan müxtəlif adda siqaretləri, energetik içkiləri, kolbasaları və bir neçə ərzaq məhsullarını selofan torbaya dolduraraq gəldiyi pəncərədən onu orda gözləyən yoldaşına ötürüb.

Səhər saatlarında dükanı açmağa gələn Vüsal Zeynalov içərinin dağınıq olduğunu və piştaxtalardan malların oğurlandığını görüb. Sahibkar dərhal Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib. Ərazidə araşdırma aparan polis əməkdaşları kimliyi hələlik istintaqa məlum olmayan oğruların axtarışlarını davam etdirir. Dükan sahibi oğurluq nəticəsində ona 4 min manatdan artıq ziyan dəydiyini bildirib.

Son xəbərlər

Orphus sistemi