Bakının mərkəzində mağazadan oğurluğa cəhd edən 4 yeniyetmə saxlanılıb

Bakının mərkəzində mağazadan oğurluğa cəhd edən 4 yeniyetmə saxlanılıb Bakı. 16 fevral. REPORT.AZ/ Bakının mərkəzində mağazadan oğurluq etmək istəyən yeniyetmələr tutulub.
Hadisə
16 Fevral , 2019 11:59
Bakının mərkəzində mağazadan oğurluğa cəhd edən 4 yeniyetmə saxlanılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakının mərkəzində mağazadan oğurluq etmək istəyən yeniyetmələr tutulub.

DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi