Bakı. 26 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda mağazadan "Milli Ön" ödəmə terminalını oğurlayan üç şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, onlar Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Belə ki, oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3 036 manat olan "Milli Ön" ödəmə terminalını oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunan Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.