Mağazadan 3 min manatlıq oğurluq olub

Mağazadan 3 min manatlıq oğurluq olub Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
9 İyul , 2020 09:18
Mağazadan 3 min manatlıq oğurluq olub
Report

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 5-dən 6-na keçən gecə paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs O.Məmmədzadəyə məxsus mağazanın qapısını sındırmaqla 2 897 manat dəyərində mobil telefonlar oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emil Subanov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.
 

Son xəbərlər

Orphus sistemi