Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, L.Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun sabah 60 yaşı tamam olur.