Bakı. 6 fevral. REPORT.AZ/ Ukraynada Luqansk vilayəti Azərbaycanlıları Konqresi rəhbərinin keçmiş müavini, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə "Prava sprava" vətəndaş təşəbbüsünün həmsədri Dmitri Snegiryev məlumat verib.
Onun sözlərinə görə, Qazax rayonundan olan həmyerlimiz Luqanskın Şevçenko məhəlləsindəki supermarketlərdən birinin qarşısında, şəxsi maşınında güllələnib. D.Snegiryev bildirib ki, Y.Nəsibov avtomatdan açılan atəş nəticəsində qətlə yetirilib. Onun meyiti üzərində çoxsaylı güllə yaraları aşkar edilib.
Dmitri Snegiryevin sözlərinə görə, hazırda həmyerlimizin Azərbaycana gətirilməsi və doğulduğu torpaqda dəfn olunması üçün tədbirlər görülür.