“Lotu Quli”nin yaxın adamını öldürən şəxs istintaq təcridxanasına köçürülüb

“Lotu Quli”nin yaxın adamını öldürən şəxs istintaq təcridxanasına köçürülüb Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
8 aprel 2022 11:40
“Lotu Quli”nin yaxın adamını öldürən şəxs istintaq təcridxanasına köçürülüb

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənov Ədliyyə Nazilriyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

"Report" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

15.19

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxs saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazilriyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına köçürülməsini istəyib.

Hakim bildirib ki, hazırlıq iclasının qərarı zamanı bu məsələyə baxılacaq.

Həmçinin hakim qeyd edib ki, məhkəmə sənədləri dövlət ittihamçısına çatmayıb və buna görə proses təxirə salınmalıdır.

Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.

Son xəbərlər

Orphus sistemi