“London Taxi”si polis və hərbçini vurub

“London Taxi”si polis və hərbçini vurub Bakıda yol qəzası baş verib.
Hadisə
586
21 Aprel , 2020 13:18
“London Taxi”si polis və hərbçini vurub

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 19-u saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi