Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb

Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb Bakı. 15 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
15 May , 2018 12:21
Lökbatanda qonağını qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Hüseynov İsgəndər Şükür oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, İ.Hüseynov Moskvada saxta sənəd və narkotik maddəsi ilə 2006-cı ildə məhkumluq həyatı yaşadığını bildirib.

Məhkəmənin baxış iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Həmin ərazidə Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İ.Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.

Məlum olub ki, İ.Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İ.Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə qonaq gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.

O, Cinayət Məcəlləsinin 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi