Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
15 İyul , 2020 22:31
Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı
google.az

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi