​Lökbatan qəsəbəsində silahlı insident törədən şəxsin avtomobili tapılıb

​Lökbatan qəsəbəsində silahlı insident törədən şəxsin avtomobili tapılıb Məhərrəm Əliyevin axtarışları davam etdirilir
Hadisə
22 Dekabr , 2015 12:27
​Lökbatan qəsəbəsində silahlı insident törədən şəxsin avtomobili tapılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Polis Bakının Lökbatan qəsəbəsində silahlı insident törədən Məhərrəm Əliyevin avtomobilini tapıb. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Əliyev hadisə yerinə “Lexus” markalı avtomobillə gedib. Hadisəni “Vinçester” markalı tüfənglə törədən M.Əliyev daha sonra gəldiyi avtomobillə də hadisə yerini tərk edib. Onun avtomobili Badamdar qəsəbəsində tapılıb. M.Əliyevin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var.

Son xəbərlər

Orphus sistemi