​Liviyada neft qaçaqmalçılığında şübhəli bilinən azərbaycanlı həbs olunub

​Liviyada neft qaçaqmalçılığında şübhəli bilinən azərbaycanlı həbs olunub O, Tripoli şəhərində saxlanılır
Hadisə
4 Mart , 2016 23:18
​Liviyada neft qaçaqmalçılığında şübhəli bilinən azərbaycanlı həbs olunub

Bakı. 4 mart. REPORT.AZ/ Liviyada saxlanılan "Captain Khayyam" gəmisinin aralarında bir Azərbaycan vətəndaşının da olduğu heyət üzvləri neft məhsulları qaçaqmalçılığında şübhəli bilinirlər.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, onlar paytaxt Tripoli şəhərinin penitensiar müəssisələrindən birində həbsdə saxlanılırlar.

Hazırda iş üzrə istintaq davam edir. Ukraynanın Xarici İşlər Nazirliyinin diplomatları Tripoli rəsmiləri və gəmi sahibinin nümayəndələri, həmçinin gəminin heyət üzvləri arasında vətəndaşları olan ölkələrin səfirlikləri ilə əlaqədədirlər.

Fevralın ortalarında Liviyanın Sahil Mühafizəsi ölkənin ərazi sularında Syerra-Leone bayrağı altında üzən "Captain Khayyam" gəmisini saxlayıb. Neft məhsulları daşıyan tankerin heyət üzvləri arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşları olub.

Son xəbərlər

Orphus sistemi