Rusiyada kömür şaxtasında ölən və xəsarət alanların ümumi sayı 126 nəfərə çatıb

Rusiyada kömür şaxtasında ölən və xəsarət alanların ümumi sayı 126 nəfərə çatıb Rusiyada Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Hadisə
28 Noyabr , 2021 13:15
Rusiyada kömür şaxtasında ölən və xəsarət alanların ümumi sayı 126 nəfərə çatıb

Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində yaralananların sayı artıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, axtarış-xilasetmə işlərində iştirak edərkən xəsarət alan dağ xilasedicilərinin sayı 17 nəfərə yüksəlib.

Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 126 nəfər təşkil edir.

“Qəza zamanı ümumilikdə 126 nəfər xəsarət alıb, onIardan 51-i həlak olub”, - mənbə agentliyə deyib.

"Daha iki əməkdaş xəstəxanaya yerləşdirilib. Ümumilikdə 17 nəfər xilasedicisi xəsarət alıb. Onların hamısında dəm qazından zəhərlənmə var", - mənbə bildirib.

Hazırda xəstəxanada 53 nəfər müalicə edilir. Onlardan 17-si dağ xilasedicisidir. Qeyd edilir ki, 12 şaxtaçıya ambulator yardım göstərilib.

11:01

Rusiyada Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində yaralananların sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, xəsarət alanların rəsmi sayı 76 nəfər təşkil edir.

Bölgədəki xəstəxanalarda 64 nəfərin müalicəsi davam etdirilir.

Zərərçəkmişlərdən 4-nün vəziyyətinin ağır, 14 nəfərin orta ağır, 46-nın isə kafi olduğu bildirilir.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

Son xəbərlər

Orphus sistemi