Bakıda televiziyanın avtomobili yanıb - VİDEO

Bakıda televiziyanın avtomobili yanıb - VİDEO Hadisə nəticəsində xəsarət alan olmayıb
Hadisə
16 Oktyabr , 2015 15:54
Bakıda televiziyanın avtomobili yanıb - VİDEO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün "Lider" televiziyasına məxsus "Ford" markalı 90-AX-963 dövlət nömrə nişanlı avtomobil Mətbuat prospekti istiqamətində gedərkən qəflətən yanmağa başlayıb. "Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi