Bakı. 21 dekabr.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş L.Şıxlinskayanın müdafiəsinə yeni vəkil qoşulduğu elan olunub.
Vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 11-nə təyin edilib.
İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib.