Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçilərinin cinayət işi məhkəməyə göndərilib

Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçilərinin cinayət işi məhkəməyə göndərilib Bakı. 14 noyabr. REPORT.AZ/ Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 əməkdaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 Noyabr , 2017 14:12
Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçilərinin cinayət işi məhkəməyə göndərilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 əməkdaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik cinayət işi icraata verilməyib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Daha sonra istintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Leyla Şıxlinskaya mətbuata açıqlamasında bildirib ki, keçmiş işçiləri onun 700 min manatını mənimsəyib. 

Son xəbərlər

Orphus sistemi