Yuxarı
    Bağlamaq

    Lerikin kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb

    Yağışla müşayiət olunan külək nisbətən səngisə də, əsməkdə davam edir

    Lerik. 14 aprel. REPORT.AZ/ Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, səhər satlarında başlayan külək günorta saatlarında daha da şiddətlənib. Nəticədə rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Ancaq rayon mərkəzinə və bir neçə yaxın kəndə bir qədər əvvəl enerji verilişi bərpa edilib. 

    Qeyd edək ki, yağışla müşayiət olunan külək nisbətən səngisə də, əsməkdə davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi