Lerik. 10 mart. REPORT.AZ/ Lerik rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralan şəxslərin adı məlum olub.
"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşının kabinəsində olan 1984-cü təvəllüdlü Ağayev Kamal Cəfər oğlu dünyasını dəyişib.
Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Əhədov Babek Xəlil oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Zaur Atakişi oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə zamanı zərər çəkmiş şəxslərin hamısı Piran kənd sakinləridirlər.
Qəzaya yüksək sürət səbəb olub.
***5:28
Lerik. 10 mart. REPORT.AZ/ Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Piran-Zeynəko kənd yolunun 2-ci kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, "QAZ-66" markalı yük maşınının yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.