Yuxarı
    Bağlamaq

    Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladılıb - FOTO

    Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir

    Lerik. 3 noyabr. REPORT.AZ/ Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb.

    “Report”un Cənub bürosu xəbər verir ki, ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də “Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.

    Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.

    Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə partladılıb.

    Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi