Lerikdə minik avtomobili dərəyə aşıb, 2 nəfər ölüb, 2-si yaralanıb - YENİLƏNİB - FOTO

Lerikdə minik avtomobili dərəyə aşıb, 2 nəfər ölüb, 2-si yaralanıb - YENİLƏNİB - FOTO Ölən və xəsarət alanlar arasında Rusiya vətəndaşları da var
Hadisə
610
19 Avqust , 2017 16:38
Lerikdə minik avtomobili dərəyə aşıb, 2 nəfər ölüb, 2-si yaralanıb - YENİLƏNİB - FOTO
Report.az

Lerik. 19 avqust. REPORT.AZ/ Lerik rayonunda minik avtomobili dərəyə aşıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü və bir sərnişini ölüb, daha ikisi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri Azərbaycan, digəri Rusiya vətəndaşıdır. Bunlar Lənkəran rayonu Dilyan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadə və Rusiyanın Xabarovsk vilayətinin sakini, 1980-ci il təvəllüdlü İrina Suvorova Yuriyevnadır. 

Ölənlərdən ikisinin də kimliyi müəyyənləşib. Bunlardan biri Lənkəran rayonu Dilyan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayevdir. Digər ölən şəxs isə Rusiyanın Xabarovsk vilayətinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.  


*** 15:52

Lerik. 19 avqust. REPORT.AZ/ Lerik rayonunda yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb. 

Belə ki, "Toyota Land Cruiser" markalı minik avtomobili sərt döngədə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb, onun xanım sərnişini isə ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi