Lerikdə supermarket qarət olunub

Lerikdə supermarket qarət olunub ​Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Yanvar , 2016 11:25
Lerikdə supermarket qarət olunub

Bakı. 14 yanvar. REPORT.AZ/ Lerik rayonunun mərkəzində, avtovağzal ərazisində yerləşən Natiq Adıyevə məxsus "Halal" supermarketi qarət olunub. "Report"un məlumatına görə, mağaza sahibinə xeyli miqdarda ziyan vuran qarətçi və ya qarətçilər təhlükəsizlik kamerasından yayına biliblər. Lerik Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, qarətçilər gecə saatlarında mağazaya arxa tərəfdən yaxınlaşıb, dam örtüyünü sökməklə içəri daxil olublar: "Mağaza sahibinə külli miqdarda ziyan dəyib. Bunda başqa marketdə yerləşdirilən "Milli Ön" ödəniş terminalına müdaxilə olunub, lakin terminalda olan pulları götürə bilməyiblər". 
Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi