Lerikdə "Niva" dərəyə aşıb, xəsarət alan var

Lerikdə "Niva" dərəyə aşıb, xəsarət alan var Lerik. 13 iyul. REPORT.AZ/ Lerik rayonunda avtomobil dərəyə aşıb.
Hadisə
13 İyul , 2018 16:51
Lerikdə Niva dərəyə aşıb, xəsarət alan var

Lerik. 13 iyul. REPORT.AZ/ Lerik rayonunda avtomobil dərəyə aşıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə ucqar dağ kəndi olan Kirəvud ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimovun idarə etdiyi "Niva" markalı  avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və dərəyə aşıb. Ağır xəsarətlər alan sürücüyə Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi