Yuxarı

​Lerikdə mədəniyyət evi yanıb

Hadisə Dəstər kəndində baş verib

Bakı. 07 İyun. REPORT.AZ/ Səhər saatlarında Lerikin Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan birmərtəbəli mədəniyyət evində yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi