Lerikdə kəndə hücum edən ayı təsərrüfata ziyan vurub - VİDEO

Lerikdə kəndə hücum edən ayı təsərrüfata ziyan vurub - VİDEO Lerik rayonunda ayı kəndə hucum edib.
Hadisə
16 İyun , 2021 22:09
Lerikdə kəndə hücum edən ayı təsərrüfata ziyan vurub - VİDEO
0 : 00
0 : 00

Lerik rayonunda ayı kəndə hücum edib.

“Report”un məlumatına görə, hadisə rayonun Mistan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Şəmsi Nurəli oğluna məxsus arıçılıq təsərrüfatına hücum edən ayı arı pətəklərini dağıdıb.

Hadisədən xəbər tutan ev sahibi qonşuların və itlərin köməkliyi ilə ayını ərazidən uzaqlaşdırıblar. Amma buna baxmayaraq, fermerə maddi ziyan dəyib, arıların yeşikləri, çərçivələri dağılıb.

Qeyd edək ki, bu ayıların kəndə ilk hücumu deyil. Bundan əvvəl vəhşi heyvan yerli sakinlərin kənd təsərrüfatı heyvanlarına da zərər vurub.

Son xəbərlər

Orphus sistemi