Lerik rayonunda iki ev yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Barzavu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.