Lerikdə idarəetməni itirən sürücü qəza törətdi

Lerikdə idarəetməni itirən sürücü qəza törətdi Lerik rayonunda ağır yol qəzası baş verib.
Hadisə
22 May , 2021 06:18
Lerikdə idarəetməni itirən sürücü qəza törətdi

Lerik rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Astakənd kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Cəfərov Mahir Ağalar oğlu idarəetməni itirərək avtomobilini aşırıb.

Yaralı əvvəlcə Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Ona körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi