Yuxarı
    Bağlamaq

    Lerikdə su xəttinin aylardır təmir edilməməsi ciddi problemlərə səbəb olub - FOTO

    Əhaliyə verilməli olan içməli su aylardır ki, boş-boşuna axıb gedir

    Bakı. 1 fevral. REPORT.AZ/ Lerik rayonunun Cəngəmiran kənd sakinlərinin bir hissəsi evlərinin uçmaq təhlükəsi olduğundan narahatdılar.

    "Report" bildirir ki, kənd sakinlərinin sözlərinə görə, rayon mərkəzinə içməli su xətti çəkilərkən səriştəsizlik üzündən işlər keyfiyyətsiz aparılıb. Artıq bir neçə aydır ki, su xəttinin kəndin təxminən 400 metrliyindən keçən hissəsində qəza yaranıb. 300 mm-lik boru xətti təmir olunmaqdansa elə-belə də qalıb.

    Əhaliyə verilməli olan su aylardır ki, boş-boşuna axıb gedir. Yay aylarında bu suyu arxa istiqamətləndirən kənd sakinləri, bu sudan heç olmasa suvarma üçün istifadə ediblər. Lakin, yağıntıların başlaması, arxların dolması məsələni qabardıb. Kəndin bir hissəsindən axan bu su artıq bir neçə yerdə gölməçələr yaradıb. Sakinlərin narahatlığı isə bu su axınının çiy kərpicdən olan evlər üçün təhlükə mənbəyi olmasıdır.

    Bundan əlavə aylardan bəri torpağa çökən su kütləsi sürüşmə ehtimalını artırıb. Məsələ ilə əlaqədar bir neçə dəfə müvafiq qurumlara edilən müraciətlər nəticəsiz qalıb. Su xəttinin çəkilişini həyata keçirməli olan şirkət işləri tamamlamadan yarıda qoyduğundan, indi onun işini kimsə üstünə götürmək istəmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi