Lerikdə həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb - YENİLƏNİB-2

Lerikdə həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb - YENİLƏNİB-2 Onun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb
Hadisə
7 Noyabr , 2017 16:11
Lerikdə həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb - YENİLƏNİB-2
Report

Lerik. 7 noyabr. REPORT.AZ/ Lerikdə həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb.

Xəstəxanadan "Report"un Cənub bürosuna bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirən şəxs komadan çıxıb. Hazırda 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.


***15:54

Lerik. 7 noyabr. REPORT.AZ/ Lerik rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, 59 yaşlı İsabala Sarıbala oğlu Asimov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 


***14:42

Lerik. 7 noyabr. REPORT.AZ/7 noyabr. REPORT.AZ/ Lerik rayonunda yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, Orand kənd sakini, 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb. 

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar sürücü İsabala Sarıbala oğlu Asimov, onun sərnişinləri Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidovdur. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda M.Həmidovun vəziyyəti orta-ağır, İ.Asimov və R.Həmidovun vəziyyəti isə ağır olaraq qiymətləndirilir. 

Qəzanın avtomobildəki texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi