Lerikdə meşədə yanğın olub

Lerikdə meşədə yanğın olub Lerik rayonunun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və
Hadisə
308
9 Dekabr , 2021 14:27
Lerikdə meşədə yanğın olub

Lerikdə dağ-meşə ərazisində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi