Lerikdə baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

Lerikdə baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb Lerik. 11 noyabr. REPORT.AZ/ Lerik rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
Hadisə
11 Noyabr , 2017 15:18
Lerikdə baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

Lerik. 11 noyabr. REPORT.AZ/ Lerik rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un Cənub bürosu xəbər verir ki, qəzada xəsarət alan Müseyib Qafar oğlu Həmidov müalicə olunduğu Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 7-də Lənkəran rayon Orand kənd sakini, 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bunlar sürücü İsabala Sarıbala oğlu Asimov, onun sərnişinləri - Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidovdur. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi