Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb

Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb Yanmış meyitlər aidiyyəti üzrə təhvil verilib
Hadisə
22 Avqust , 2017 09:08
Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb
Report

Bakı. 22 avqust. REPORT.AZ/ Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. 

"Report" xəbər verir ki, məlumatı FHN-nin rəsmi saytı yayıb. 

Məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib. 

Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi