Lerikdə avtomobil piyadanı vurub

Lerikdə avtomobil piyadanı vurub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
23 Dekabr , 2016 16:42
Lerikdə avtomobil piyadanı vurub

Lerik. 23 dekabr. REPORT.AZ/ Lerik rayonunda avtomobil piyadanı vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Piran kəndi ərazisində baş verib. 

Belə ki, həmin  kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi "VAZ-2106" markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bəıdən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb. 

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstənin vəziyyəti normaldır".  

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi