Lerikdə məktəb direktorunun müavini qəzada öldü - YENİLƏNİB - 2

Lerikdə məktəb direktorunun müavini qəzada öldü - YENİLƏNİB - 2 Lerik rayonunda&ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
2 İyul , 2020 23:31
Lerikdə məktəb direktorunun müavini qəzada öldü - YENİLƏNİB - 2
0 : 00
0 : 00

Bu gün Lerik rayonunda ağır yol qəzasında ölən şəxslərdən biri müəllim imiş.

“Report” xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T. Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.


***10:05

Lerik rayonunda avtomobilin dağdan aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər - "UAZ" markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Habil Əzimov, 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev və Elnarə Dadaş qızı İbrahimova ölüb.

İki nəfər isə - 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova isə yaralanıb.


*** 09:36

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Avtomobildə olan daha bir nəfər - Bürsülüm kənd sakini, 1984-cü il təvəllüdlü Zeynalov Mübariz İxtiyar oğlu isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi