Lerikdə at 2 yaşlı uşağı dişləyərək xəsarət yetirib

Lerikdə at 2 yaşlı uşağı dişləyərək xəsarət yetirib Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır
Hadisə
19 İyul , 2017 20:30
Lerikdə at 2 yaşlı uşağı dişləyərək xəsarət yetirib

Lerik. 19 iyul. REPORT.AZ/ Lerik rayonunda istirahət mərkəzlərinin birinin yaxınlığında 2 yaşlı uşağı at dişləyib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, valideynləri ilə istirahətə gələn 2 yaşlı Hüseynov Kənan Anar oğlu oynamaq istəyərkən atın başını qucaqlayıb. Valideynləri isə onun şəkilini çəkmək istəyiblər. Bu zaman at uşağın sinəsindən dişləyərək ona xəsarət yetirib.

Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi