Lerikdə 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb

Lerikdə 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
10 Sentyabr , 2018 17:21
Lerikdə 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb
0 : 00
0 : 00

Lənkəran. 10 sentyabr. REPORT.AZ/ Lerik rayonunda 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında rayonun Mastail kəndində baş verib.

Yaxınlarının dediyinə görə, Xudayar Ağaxan oğlu İbrahimov həyətində qoz dərmək üçün ağaca çıxıb və ehtiyatsızlıqdan yüksəklikdən yerə yıxılıb. Yaxınlarının ilkin yardımından sonra X.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Diaqnostik müayinələrdən sonra ona döş qəfəsinin qapalı travması, aşağı ətraflarda sınıqlar diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, 70 yaşlı X.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi