Lerik sakininin meyiti meşə zolağında tapılıb

Lerik sakininin meyiti meşə zolağında tapılıb Bakı. 30 iyun. REPORT.AZ/ Lerik rayon sakininin meyiti meşə zolağında tapılıb.
Hadisə
30 İyun , 2018 13:02
Lerik sakininin meyiti meşə zolağında tapılıb
Courtesy İmage

Bakı. 30 iyun. REPORT.AZ/ Lerik rayon sakininin meyiti meşə zolağında tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitini Yardımlı RPŞ-nin əməkdaşları aşkarlayıb. Meyit Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi