Lerik sakinini öldürərək zirzəmidə basdıran şəxsə hökm oxunub

Lerik sakinini öldürərək zirzəmidə basdıran şəxsə hökm oxunub Bakı. 20 dekabr. REPORT.AZ/ Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tələt Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
20 Dekabr , 2018 16:06
Lerik sakinini öldürərək zirzəmidə basdıran şəxsə hökm oxunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tələt Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə bu il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

M.Babayevin meyiti eksqumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi