Yuxarı

Lerik sakinini öldürərək zirzəmidə basdıran şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Lerik sakinini öldürərək zirzəmidə basdıran şəxsin apellyasiya şikayə

Bakı. 11 fevral. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tələt Dadaşov barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Dadaşovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi