Lerik sakini sahibsiz itlərin hücumuna məruz qalıb

Lerik sakini sahibsiz itlərin hücumuna məruz qalıb Dadaşov Xanıbəyə tibbi yardım göstərilib
Hadisə
18 Fevral , 2017 23:20
Lerik sakini sahibsiz itlərin hücumuna məruz qalıb

Lerik. 18 fevral. REPORT.AZ/ Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib. 

Hazırda onun vəziyyəti normaldır.

Son xəbərlər

Orphus sistemi