Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb Lerik sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Hadisə
9 Dekabr , 2022 21:10
Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi