Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
20 İyul , 2017 17:37
Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Lerik. 20 iyul REPORT.AZ/ Lerik rayonunda üzərinə ağac aşan 64 yaşlı kişi ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1953-cü il təvəllüdlü Fəzan Muradovun üzərinə meşədə ağac  aşıb.

O, yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də bu zaman, ağac kəsərkən ehtiyatsızlıqdan baş verib. 

F.Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Hazırda hadisə yeri müayinə olunur. 

Faktla bağlı araşdırmalara başlanıb.  

Son xəbərlər

Orphus sistemi