Lerik rayonunda heyvanlar arasında xəstəlik yayılıb - FOTO

Lerik rayonunda heyvanlar arasında xəstəlik yayılıb - FOTO Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.
Hadisə
27 Avqust , 2019 11:37
Lerik rayonunda heyvanlar arasında xəstəlik yayılıb - FOTO

Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.

Həmin kəndin sakini Pərviz Titayev "Report"un Cənub bürosuna bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var.

Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar və gənələr vasitəsilə yayıldığını deyib. Labaratoriyada müəyyən olunub ki, bu xəstəlik qan-parazitar xəstəlik olan teylerioz xəstəliyidir. Ə.Quliyev sakinlərlə profilaktik tədbirlərin aparıldığını söyləyib. O qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi