Yuxarı

Lerik rayonuna dolu düşməsi nəticəsində taxıl zəmilərinə ciddi ziyan dəyib - FOTO

Kəndlilər zəmilərin böyük bir hissəsinin yağıntıların təsirinə məruz qaldığını deyirlər

Lerik. 1 iyun. REPORT.AZ/ Bu gün Lerik rayonunda təkrarən leysan yağıb, dolu düşüb. "Report"un Cənub bürosunun məlumatına görə, nəticədə taxıl zəmilərinə ciddi ziyan dəyib. Kəndlilər zəhmətlərinin zay olduğunu, zəmilərin böyük bir hissəsinin yağıntıların təsirinə məruz qaldığını deyirlər.

Qeyd edək ki, mayın 31-də də Lerik rayonuna leysan yağıb, dolu düşüb. Nəticədə dərələrdə sellər yaranıb. Taxıl zəmiləri ağırlığa tab gətirməyərək yatıb. Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə ziyan dəyib. Zuvand ərazisində çaya keçid üçün qoyulmuş beton boruları sel aparıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi